Haqqımızda

Bureau A&D — 2015-ci ildə memar və dizayner Elçin Məmmədov tərəfindən təsis olunan memarlıq və dizayn studiyasıdır.
Studiyamız müasir memarlıq və interyer dizaynı sahəsində yerli və beynəlxalq təcrübəni bir araya gətirir.
Elçin Məmmədov memarlıq sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. O, İtaliyada bir sıra tanınmış şirkətlərlə, o cümlədən nüfuzlu Hembert Penaranda Officina Architetti memarlıq studiyasında çalışıb və Avropa memarlıq yanaşmalarını dərindən mənimsəyib.
Daha sonra Luxury Living Group kimi dünya səviyyəsində tanınan şirkətdə mebel dizayneri kimi fəaliyyət göstərib. Burada Fendi Casa, Bentley Home, Bugatti Home, Trussardi Casa, RICH Paris və digər lüks brendlərlə işləyərək, yüksək səviyyəli dizayn təcrübəsini praktiki biliklərlə birləşdirib.
Bu zəngin təcrübə Bureau A&D studiyasının vizyonuna və yanaşmasına dərin təsir göstərir.

Fəaliyyət Sahələrimiz

Bureau A&D həm özəl, həm də dövlət sifarişli layihələr üzərində çalışır. Portfoliomuza aşağıdakılar daxildir:
Fərdi yaşayış evləri, İctimai binalar, Kommersiya məkanları, Digər funksional obyektlər.
Özəl layihələrdə hər bir müştərinin ehtiyac və zövqünü dərindən anlayaraq fərdi və funksional həllər təqdim edirik.
Dövlət sifarişlərində isə ictimai istifadəyə yönəlmiş məkanların funksionallığını və estetik cəlbediciliyini ön planda tuturuq.
Bundan əlavə, Bureau A&D mütəmadi olaraq öz təşəbbüsü ilə konsept layihələr hazırlayır. Bu layihələr konkret sifarişə əsaslanmır, studiyanın daxili yaradıcılığını və memarlıq baxışını əks etdirir. Məqsədimiz — şəhər mühitinə estetik və funksional dəyər qatan alternativ həllər təqdim etməkdir.
Studiyanın tərkibində fəaliyyət göstərən peşəkar tikinti komandası, layihələrin yalnız kağız üzərində deyil, real həyatda da texniki və estetik baxımdan mükəmməl şəkildə həyata keçirilməsini təmin edir.
Tikinti prosesi tam nəzarət altında aparılır, hər detal keyfiyyət standartlarına uyğun icra olunur.

Yanaşmamız

Bizim üçün memarlıq — sadəcə bina inşa etmək deyil, düşüncə və duyğu inşa etməkdir.
Hər bir layihədə fərqlilik, dərinlik və zövq axtarırıq. Məqsədimiz — sıradan olmayan, hiss etdirən və yaşadan məkanlar yaratmaqdır.
Bureau A&D — formanın sadəliyi ilə funksiyanın zərifliyi arasında mükəmməl balans axtaran bir studiyadır.
Memarlıq bizim üçün yalnız forma deyil — o, duyğunun fiziki ifadəsidir.