Bureau A&D Media

2024-cü ildən etibarən Bureau A&D öz media platformasını — Bureau A&D Medianı təsis edib.
Bu platformanın əsas məqsədi ölkədə incəsənətin və zövqün inkişafına dəstək olmaqla yanaşı, insanlara mənzil seçimi, təmir, interyer və dizayn sahələrində yol göstərməkdir.
Eyni zamanda, memarlıq və dizayn sahəsində yerli və beynəlxalq mütəxəssislərlə müsahibələr təqdim edərək onların yaradıcı dünyasını bölüşmək və müxtəlif sahələrdə ən son yanaşmaları izləyicilərə çatdırmaqdır.
Layihə çərçivəsində Azərbaycanın tanınmış rəssamları, heykəltəraşları və memarları, eləcə də Türkiyə, İtaliya, Yaponiya kimi qabaqcıl ölkələrdən olan memarlarla müsahibələr təqdim olunub.

Bureau A&D Media vasitəsilə iki əsas hədəfə çatmağa çalışırıq:

1. Azərbaycanın istedadlı memar, dizayner və yaradıcı şəxslərini tanıtmaq.

2. Dünyanın müxtəlif ölkələrindən olan yaradıcı şəxsləri yerli auditoriyaya daha yaxın etmək.

Bureau A&D Media bir tərəfdən yerli istedadlara dəstək verir, digər tərəfdən isə dünya miqyasında tanınmış şəxslərin ilhamverici təcrübələrini izləyicilərlə paylaşır.
Bu platforma yaradıcılar arasında körpü rolunu oynayır və sənətə, dizayna olan marağı daha da artırır.
Bureau A&D Media – Yaradıcı dünyaların birləşdiyi platforma!